Salman Mümtaz

Hər hekayə bizimlə başlayır!

Kitab haqqında

Odər Qutluər

Türkçülüyün məsələləri

Оценка 4.5 из 5

Müəllif: Odər Qutluər

Kitabın adı: Türkçülüyün məsələləri

Redaktor: Sayalı Həsənzadə

Korrektor: Bənarə Hüseynquliyeva

Səhifələyici: Bənarə Hüseynquliyeva

Üz qapaq rəssamı: Dos. Dr. Mehmet Sağ

Üz qapaq dizaynı: Əziz Qaraxansoylu

Nəşr ili: 2024

Səhifə sayı: 216

Üz qapağı: Yumşaq

Qiyməti: 12 AZN

Satışı: Var

Biz Türklər başqaları kimi olmaq istəmədiyimiz üçün Türkçüyük. Türk milliyyətçiliyinin tək doğru adlandırılması olan Türkçülük, Türk Milliyyət duyğusunu və düşüncəsini yaşatmaq deməkdir. Milliyyət duyğusunu və düşüncəsini yaşatmağı hər kəs öz yaşamında və işində ifadə edə bilər: Milliyyət duyğusunu öz şeirlərində yaşadan şair, Türk tarixinin şanlı səhifələrini öz əsərində təsvir edən yazar, fırçası ilə Türk mədəniyyətini, Türk tarixini əks etdirən rəssam, bəstələrində Türk Milliyyət ruhunun coşqunluğunu ifadə edən bəstəkar, öyrəncilərinə ixtisas dərsindən başqa Milliyyət əsaslı milli düşüncələr mənimsədən öyrətmən, uşaqlarına Türkcə adlar verib onlara Türk Milliyyət duyğusunu və düşüncəsini aşılayan ata-ana və əsgərlərini Milliyyət ruhu və yüksək intizamla yetişdirən bir zabit kimi…

Bütün bunlarla birlikdə Milliyyət duyğusu və düşüncəsi olmadan aşılanacaq olan tərbiyə, yurdsevərlik, yaradılan ədəbiyyat, yazılan şeir, bəstələnən musiqi, inşa edilən tarix yalnızca torpağa və maddi varlıqlara əsaslanacaqdır. Qaynağı milliyyət olmayan, milliyyət duyğusunu və düşüncəsini daşımayan hər fikir, hər əsər və hər iş sönməyə məhkum olacaqdır…