Salman Mümtaz

Hər hekayə bizimlə başlayır!

Kitab haqqında

Əhməd Ağaoğlu

İran və İnqilabı

Оценка 4.5 из 5

Müəllif: Əhməd Ağaoğlu

Kitabın adı: İran və İnqilabı

Tərcüməçi: Prof. Dr. Almaz Həsənqızı

Elmi redaktor: Prof. Dr. Vaqif Sultanlı

Elmi məsləhətçi: Prof. Dr. Boran Əziz

Səhifələyici: Həsən Quluzadə

Üz qapaq dizaynı: Tamerlan İsmayılzadə

Nəşr ili: 2025

Səhifə sayı: 160

Üz qapağı: Yumşaq

Qiyməti: 9 AZN

Satış: Var

İranı min sənələrdən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandanları, ordusu əksəriyyətlə türklərdir. Son iki əsr əsnasında İranda zühur edən dini və siyasi hərəkatlar da bilxassə türklərə istinad etmişdir. İranın iqtisadi yaşayışında da türklər hakimdirlər.

Beləliklə, İranın son min sənəlik tarixi həqiqətdə və doğrudan-doğruya Türk tarixinin bir şöbəsidir. Fəqət nə çarə ki, türklər başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökumət, ordu, ticarət, ziraət və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin ən canlı və ən davamlı amili olan dilləri qəbul etdirməmişlər. Tərsinə olaraq, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir. 

Əhməd bəy Ağaoğlu