Hər hekayə bizimlə başlayır!
- +99455 430 89 71
- salmanmumtazyayimlari@gmail.com
Kitabın adı: İkinci Türkçülük Çalışmaları: Dil Məsələmiz
Redaktor: Prof. Nəsib Nəsibli
Korrektor: Aytən Hüseynova
Səhifələyici: Aytən Hüseynova
Üz qapaq dizaynı: Altay Bozok
Nəşr ili: 2024
Səhifə sayı: 384
Üz qapağı: Yumşaq
Qiyməti: 13 AZN
Satış: Var
Kitabda 13 may 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzində «İkinci türkçülük çalışmaları: dil məsələlərimiz» adlı elmi konfransda edilən çıxış və məruzələrin toplandığı bir kitabdır. Kitabın əsas şüarı hay-küyçü, şüarçı türkçülük deyil, elmi əsaslara dayanan türkçülük ideyasıdır.
Millətimizi yad fikirlərdən qoruyacaq yeganə gerçək ideologiya Türkçülükdür. Türkçülük milləti bütünləşdirmək, onu yüksəltmək üçündür.
Dövlət qurumlarının fəal müdafiə etdiyi, şüurlara yerləşdirmək istədiyi Azərbaycançılıq dövlət ideologiyasıdır. Vətən Azərbaycanın bütünlüyü və yüksəlməsi üçündür. Türkçülüyü əvəz etmir, ona qarşı heç deyildir. Çünki ölkəmizin/dövlətimizin adı Azərbaycan, millətimizin adı Türkdür.
Millətlə dövlət bir-birini tamamladığı kimi, Türkçülüklə Azərbaycançılıq da bir-birini tamamlayır. Birinci Türkçülük Çalışmalarında da ifadə etmişdik: Güclü dövlətin yanında sağlam, güclü millət durur, ya durmalıdır.
Hansı Türkçülük? Hay-küyçü, şüarçı Türkçülük, yoxsa elmi əsaslara dayalı Türkçülük? Bizim Türkçülük Çalışmaları təşəbbüsümüz də məhz bu elmi Türkçülüyün əsaslarını möhkəmlətmək və yaymaq üçündür.